EN

"Zirə"nin oyunu avrokuboklarda ən çox izlənilənlər siyahısında - FOTO

BAKI. 18 avqust. TELEQRAF

Xorvatiyada "Hayduk" və "Zirə" komandaları arasında keçirilmiş UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşü ən çox izlənilən avrokubok oyunları siyahısına düşüb.

Teleqraf xəbər verir ki, iyulun 31-də Split şəhərindəki "Polyud" stadionunda baş tutmuş matça 30 086 nəfər tamaşa edib.

Qarşılaşmanın əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Əlavə vaxtda isə "Hayduk" qələbə topunu vuraraq, mərhələ adlayıb.

"Hayduk"un III təsnifat mərhələsində Albaniyanın "Dinamo Siti" komandası ilə ev oyununa (3:1) isə daha çox - 31 652 nəfər baxıb.

Avropa Liqasında isə ən çox tamaşaçı II təsnifat mərhələsinin Türkiyənin İstanbul şəhərindəki "Türpaş" stadionunda "Beşiktaş" və Ukrayna "Şaxtyor"u ilə matçda (2:4) qeydə alınıb - 31 739.

Nəhayət, Çempionlar Liqasında III təsnifat mərhələsinin Portuqaliyanın paytaxtı Lissabondakı "Da Luj" stadionunda "Benfika" və Fransa "Nitsa"sı arasındakı görüşü (2:0) 64 511 tamaşaçı izləyib.

Qeyd edək ki, statistika avrokubokların təsnifat mərhələlərində keçirilmiş oyunlar üçün aparılıb.

Chosen
20
50
teleqraf.com

10Sources