Niderlandın "Feyenoord" futbol klubu UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində Türkiyənin "Fenerbahçe" komandasını minimal hesabla məğlub edib.
"Report" xəbər verir ki, Rotterdamdakı "Feyenoord Stadium"da keçirilən görüş 2:1 hesabı ilə başa çatıb.
Qarşılaşma kifayət qədər gərgin keçib. Ev sahibləri 19-cu dəqiqədə Quinten Timberin qolu sayəsində hesabı açıblar. Əsas vaxtın bitməsinə dörd dəqiqə qalmış İstanbul təmsilçisi hesabı bərabərləşdirməyə nail olub, Sofyan Amrabat fərqlənib. Lakin, niderlandlılar əlavə dəqiqələrdə qələbəni əldə etməyə müvəffəq olublar, Anise Hadj-Moussanın zərbəsi dəqiq alınıb - 2:1.
Beləliklə, cütün taleyinə gələn həftə, 12 avqustda İstanbulda keçiriləcək cavab oyununda aydınlıq gələcək.