EN

AFFA irlandiyalı futbolçunun Azərbaycan millisində çıxış edəcəyi ilə bağlı xəbərlərə aydınlıq gətirib

Bakı, 18 avqust, AZƏRTAC

AFFA İngiltərənin "Sanderlend" klubunun irlandiyalı futbolçu Dennis Tsirkinin Azərbaycan millisində çıxış edəcəyi ilə bağlı xəbərlərə aydınlıq gətirib.

Milli assosiasiyanın mətbuat xidmətindən AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, yayılan xəbərlər həqiqəti əks etdirmir.

Qeyd edək ki, sol cinah müdafiəçisi İrlandiyada doğulsa da, 2018-2021-ci illərdə İngiltərənin aşağı yaş qrupları üzrə yığmalarının formasını geyinib.

2021-ci ildən "Sanderlend"in şərəfini qoruyan Denis Tsirkin hazırda zədəlidir.

Chosen
15
4
azertag.az

10Sources