Bakı, 18 avqust, AZƏRTAC
AFFA İngiltərənin "Sanderlend" klubunun irlandiyalı futbolçu Dennis Tsirkinin Azərbaycan millisində çıxış edəcəyi ilə bağlı xəbərlərə aydınlıq gətirib.
Milli assosiasiyanın mətbuat xidmətindən AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, yayılan xəbərlər həqiqəti əks etdirmir.
Qeyd edək ki, sol cinah müdafiəçisi İrlandiyada doğulsa da, 2018-2021-ci illərdə İngiltərənin aşağı yaş qrupları üzrə yığmalarının formasını geyinib.
2021-ci ildən "Sanderlend"in şərəfini qoruyan Denis Tsirkin hazırda zədəlidir.