EN

Türk serialları 1,5 milyard baxış toplayıb

Türkiyənin Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy serialların artıq ənənəvi reklamdan daha təsirli bir tanıtım vasitəsi olduğunu vurğulayıb:
“Xüsusən Antalya və İstanbulla bağlı mini seriallar çəkdik, 1,5 milyard baxış, 100 milyonlar aldıq. Bu reaksiyalar çox müsbətdir” söyləyib.

Nazir Mehmet Nuri Ersoy qeyd edib ki,  nazirlik olaraq, Antalya başda olmaqla ölkəmiz daxilində bir çox məkanın film seti kimi istifadə edilməsi üçün hər cür səy göstəririk. Çünki seriallar insanların evlərinə və cib telefonlarına reklamdan çox daha təsirli bir şəkildə çatmağımıza imkan verir.
Türkiyə mediasına istinadən, Nazirlikdən verilən məlumata görə, Ersoy İstanbulun Beykoz şəhərindəki Bozdağ Film Setlərini ziyarət edib və türk serial sənayesinin son 20 ildəki gücünü dəyərləndirib.

Ersoy “Diriliş Ertuğrul”, “Kuruluş Osman”, “Dastan” və “Od quşları” kimi prodakşnların çəkiliş yerlərini “Bozdağ Film”in İdarə Heyətinin sədri Mehmet Bozdağla gəzib, çəkiliş proseslərini birbaşa müşahidə edib.

İstanbul küçələrini əks etdirən çəkiliş meydançasında Ersoy türk seriallarının və kino sənayesinin qlobal uğurlarını dəyərləndirib. O, dünyanın 170-ə yaxın ölkəsində 1 milyarddan çox tamaşaçıya çatan türk seriallarının ənənəvi reklam üsullarından çox daha təsirli tanıtım vasitəsinə çevrildiyini vurğulayıb.

Əntiqə

Chosen
13
50
adalet.az

10Sources