AZ

Bakı dünya kino mütəxəssislərini bir araya gətirəcək

Bakı, 18 avqust, AZƏRTAC

Oktyabrın 6-dan 12-dək Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyinin dəstəyi ilə “Bakı Yaradıcı Həftə 2025” çərçivəsində “Baku Cinema Breeze” Beynəlxalq Film Festivalı keçiriləcək.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) tərəfdaşlığı ilə təşkil olunacaq festival dünyanın müxtəlif ölkələrindən kino istehsalçılarını, prodüserləri və kino həvəskarlarını bir araya gətirəcək.

Tədbir çərçivəsində 3000-ə yaxın yerli və xarici qonaq qəbul ediləcək, yaradıcı dialoq, birgə istehsal imkanları və kino sənayesində əməkdaşlıq üçün geniş platforma yaradılacaq. Festivalı mədəni əməkdaşlıq üçün yeni imkanlar açacaq.

Festivalın əsas məqsədi Azərbaycanın regionda mədəni mübadilə və kino sahəsində beynəlxalq əməkdaşlıqların qurulduğu mühüm mərkəzə çevrilməsinə töhfə verməkdir.

“Baku Cinema Breeze” çərçivəsində Şərq ölkələrinin film marketi, II “ATA” Türk Dünyası Animasiya Festivalı, İslam ölkələrinin kino günləri və “CinemaTalks” panel müzakirələri təşkil olunacaq.

Payızda keçiriləcək bu festival ölkəmizin mədəni həyatında önəmli hadisələrdən biri olmaqla, bütün sənətsevərlərin maraqla izləyəcəyi kino bayramına çevriləcək.

Seçilən
44
4
azertag.az

10Mənbələr