EN

Şəki–Zaqatala regionunda fəaliyyət göstərən aqroturizm subyektlərinin sayı açıqlandı

Bakı.Trend:

Şəki–Zaqatala regionunda hazırda ümumilikdə 18 aqroturizmsubyekti (Oğuz, Şəki, Qax, Zaqatala və Balakəndə) fəaliyyətgöstərir və qonaqlara xidmətlərini təklif edir.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Dövlət TurizmAgentliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikasında aqroturizmin inkişafıson illərdə, xüsusilə kənd yerlərinin potensialından turizmməqsədilə istifadəyə yönəlmiş dövlət proqramları və təşəbbüslərnəticəsində sürətlənib. "Azərbaycan Respublikası regionlarınınsosial-iqtisadi inkişafı Dövlət Proqramları" çərçivəsində kəndtəsərrüfatı və turizmin birgə inkişafına şərait yaradılması,sahibkarlığın inkişafı üçün dövlət subsidiyaları və güzəştlikreditlərin aqroturizm sahəsinə yönəldilməsi bu sahənin inkişafınatöhfə verib.

Məlumata görə, hazırda Azərbaycanda fəaliyyət göstərənaqroturizm müəssisələri əsasən ferma əsaslı turizm müəssisələri(məhsul yığımı, heyvanlara qulluq və s. fəaliyyətlərin təqdimolunduğu ailə fermaları), kənd evləri və ailə təsərrüfatları(ənənəvi Azərbaycan kənd evlərində qonaq qəbul edən ailələr),ənənəvi kənd təsərrüfatı məhsullarının istehsalı və satışınaəsaslanan təsərrüfatlar (üzümçülük, çayçılıq, bağçılıq və s.) vədigər tematik kənd turizm xidmətlərini təklif edən müəssisələr kimixarakterizə oluna bilər.

Qeyd edilib k, aqroturizm sahəsinin inkişaf etdiyi bölgələrarasında arıçılıq və balıqçılıq təsərrüfatlarının daha genişyayıldığı, həmçinin, xurma istehsalı, şərabçılıq, bağçılıq üzrə dəaqroturizm təsərrüfatlarının olduğu şimal-qərb regionu üzrəaqroturizm təsərrüfat subyektləri öz geniş fəaliyyətləri iləseçilir. Şəki–Zaqatala regionunda hazırda ümumilikdə 18 aqroturizmsubyekti (Oğuz, Şəki, Qax, Zaqatala və Balakəndə) fəaliyyətgöstərir və qonaqlara xidmətlərini təklif edir.

Chosen
10
44
az.trend.az

7Sources