Bakı. Trend:
11 avqust 18:00-dan etibarən 2025/2026-ci tədris ili üçün peşətəhsili müəssisələrinə tələbə qəbulu prosesinin I mərhələsinə yekunvurulub. 22 iyul tarixindən etibarən www.portal.edu.az platforması vasitəsilə 36 278 nəfərdən 123930 müraciət daxil olub.
Trendxəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyiməlumat yayıb.
Bildirilib ki, peşə təhsili almaq istəyən şəxslər əsasən İKT,turizm, sənaye, kənd təsərrüfatı və iaşə istiqamətlərində olanixtisasları seçməyə üstünlük veriblər.
"Müsabiqənin nəticələrinin 16 avqust tarixində elan olunmasınəzərdə tutulur. Nəticələr müraciətçilərə SMS vasitəsilə təqdimedilməklə yanaşı, “şəxsi kabinet” bölməsində də yer alacaq.
Peşə təhsil pilləsi üzrə boş qalmış plan yerlərinə tələbəqəbulunun II mərhələsinin 26 avqust - 2 sentyabr tarixlərində baştutması planlaşdırılır",- deyə məlumatda qeyd edilib.