EN

Trampın xüsusi elçisi Putinin nə ilə razılaşdığını açıqlayıb

Donald Trampın xüsusi elçisi Stiven Uitkoff bildirib ki, Alyaskada keçirilən danışıqlar zamanı Rusiya Ukrayna üçün “möhkəm” təhlükəsizlik zəmanətləri almağa razılaşıb ki, bu da digər məsələlərlə yanaşı, gələcək sülh sazişinin bir hissəsi kimi ABŞ tərəfindən təmin ediləcək. O, bu barədə “CNN” telekanalına müsahibəsində bildirib.

Uitkoff qeyd edib ki, ABŞ və Avropa ölkələri alyansın bir üzvünə hücumun hamıya hücum demək olduğunu bildirən NATO müqaviləsinin 5-ci maddəsinə bənzər müdafiəni Ukraynaya təklif edə bilər.

O əlavə edib ki, belə bir müddəanın sülh sazişinə daxil edilməsi ilə bağlı “biz ilk dəfədir ki, rusların razılaşdığını eşidirik”. Uitkoff vurğulayıb ki, belə bir razılaşma Ukrayna tərəfindən təsdiqlənməlidir: “Hər şey ukraynalıların nə ilə yaşaya biləcəyindən asılı olacaq”.

Uitkoff əlavə edib ki, Putin Ukraynanın beş regionu ilə bağlı “güzəşt edib”. O, iddia edir ki, bəzi regionlara münasibətdə Kreml hazırda inzibati sərhədlər boyu deyil, cəbhə xətti boyunca “ərazilərin dəyişdirilməsini” nəzərdən keçirir.

Onun sözlərinə görə, sülh sazişinin bir hissəsi olaraq Putin Rusiyanın heç bir əraziyə - Ukraynada və ya Avropanın başqa bir yerində hücum etməmək öhdəliyini "qanunlaşdırmağa" razılaşıb.

Kreml Uitkoffun bəyanatını şərh etməyib.

Almaz Həsənli

Chosen
62
50
oxumeni.az

10Sources