EN

Donald Tramp: “Zelenski Ukrayna münaqişəsinə dərhal son qoya bilər”  

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenski Krımı qaytarmaqdan və NATO-ya üzv olmaqdan imtina edərsə,  münaqişə çox tez bitə bilər.

"Ukrayna prezidenti Zelenski istəsə, demək olar ki, dərhal Rusiya ilə müharibəni bitirə bilər və ya mübarizəni davam etdirə bilər", - Tramp “Truth Social” sosial şəbəkəsində yazıb.

O, əlavə edib: “Obamanın verdiyi Krımın (12 il əvvəl, bir güllə belə atılmadan!) qaytarılması olmayacaq və Ukrayna NATO-ya qoşulmayacaq”.

"Bəzi şeylər heç vaxt dəyişmir!!!" - ABŞ prezidenti Zelenski ilə bu gün Vaşinqtonda planlaşdırılan görüşdən əvvəl vurğulayıb.

Rizvan CƏFƏROV,

“Azərbaycan”

Chosen
43
50
azerbaijan-news.az

10Sources