EN

İstanbulda dəhşətli avtobus qəzası: 3 nəfər ölüb, 20 nəfər xəsarət alıb

İstanbulda Şimali Mərmərə magistralında avtobus aşıb: üç nəfər ölüb, 20 nəfər xəsarət alıb.

Vətəninfo.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat verib.

“Yerli vaxtla saat 06:15 radələrində Tokatdan Tekirdağa gedən nəqliyyat vasitəsi Sancaktepe Paşaköy bölgəsində sürücünün idarəetməni itirməsi nəticəsində maneəyə çırpılıb”, – məlumatda bildirilib.

Xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara çatdırılıblar.

Qəza ilə bağlı araşdırma başlayıb.

Chosen
57
50
veteninfo.az

10Sources