AZ

Naxçıvanda qəzada bir nəfər yaralanıb

Naxçıvan şəhərində baş verən qəzada bir nəfər xəsarət alıb.

"Cebheinfo.az"  xəbər verir ki, hadisə Şəkərabad yolu ərazisində qeydə alınıb. 

Belə ki, "VAZ 2106" markalı avtomobillə "Lifan" markalı avtomobil toqquşması nəticəsində bir nəfər xəsarət alıb.

Qəza zamanı "VAZ 2106" markalı avtomobil yoldan çıxaraq dərəyə aşıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az" 

 

Seçilən
73
50
cebheinfo.az

10Mənbələr