EN

Filip Ozobiç Premyer Liqada yubiley oyununa çıxıb

Misli Premyer Liqasının 2025/2026-cı illər mövsümünün startı Filip Ozobiç üçün əlamətdar olub. SİA xəbər verir ki, “Turan Tovuz”da debüt edən 34 yaşlı yarımmüdafiəçi Premyer Liqada 200-cü oyununu keçirib. Yubileyi “İmişli” ilə səfər matçına (1:0) təsadüf edən futbolçu bu qarşılaşmalarda 66 qol vurub.

Filip Premyer Liqada 2016/2017-ci illər mövsümündə “Qəbələ”də debüt edib. Dörd klubda forma geyinən yarımmüdafiəçi “Qarabağ”da 95 (35 qol), “Neftçi”də 58 (15 qol), “Qəbələ”də 46 (16 qol) və “Turan Tovuz”da 1 oyuna çıxıb.

Qeyd edək ki, Ozobiç çempionatın 33 illik tarixində 200 və daha çox oyun keçirən 156-cı futbolçudur.

Chosen
43
33
sia.az

10Sources