"Turan Tovuz"un futbolçusu Faiq Hacıyevin Sport24.az-a müsahibəsi
- Misli Premyer Liqasının I turunda səfərdə "İmişli"yə qalib gəldiniz. Oyunla bağlı nə deyə bilərsən?
- Çətin olacağını bilirdik. Buna da hazırlaşmışdıq. Mövsümün ilk matçı idi. Oyundan-oyuna daha yaxşı olmağa və qələbələr qazanmağa çalışacağıq. Hər qarşılaşmada sonadək mübarizə aparacağıq.
- Səncə, qalibiyyət qolunun gecikməsinə səbəb nə oldu?
- Hansısa bir səbəb yoxdur. Bu, futboldur. Meydanda sonadək oynamaq lazımdır. Bu matçdan dərs çıxartmalıyıq. Gələcəkdəki matçlara daha yaxşı hazırlaşacağıq.
- Ötən mövsümdəki "Turan Tovuz"la indikini necə müqayisə edərdin?
- Hər iki kollektivdə oyunçular işlərinə peşəkar yanaşırlar. Əsas olan odur ki, ailə kimi kollektiv qura bilmişik. Mövsümün sonunadək bunu davam etdirməyə çalışacağıq.
- "Turan Tovuz"un İdarə Heyətinin sədri klubun mətbuat xidmətinə açıqlamasında hədəfin çempionluq olfuğunu deyib. Səncə, bu açıqlama oyunçuların çıxışına necə təsir edər?
- Ehtiram müəllim qarşımıza böyük hədəf qoyub. Biz də bu hədəfə doğru maksimum çatmağa çalışacağıq. Bu hədəf hər futbolçu üçün əlavə motivasiya olmalıdır.
İdman.biz