EN

Günəşdəki ləkələr yoxa çıxdı

Günəşin Yerə baxan tərəfində müşahidə edilən ləkələr demək olar ki, yox olub.

"Ölkə.az" xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının mətbuat xidməti məlumat yayıb.

Mütəxəssislərin fikrincə, ləkələr mövcuddur, lakin o qədər azalıb ki, səthi yoxlama zamanı yüksək dəqiqlikli kosmik şəkillərdə belə onları tapmaq mümkün deyil.

Laboratoriya əlavə edib ki, günəş enerjisinin sürətli artımını gözləməyə əsas yoxdur. Lakin tac dəliyinin yaxınlaşması ilə əlaqədar avqustun 19-dan sonra geomaqnit qasırğa baş verə bilər.

Bundan əvvəl alimlər Günəşdə böyük bir tac dəliyinin əmələ gəlməsi barədə xəbərdarlıq etmişdilər. Bu da gələn həftənin əvvəlində Yerin geomaqnit vəziyyətinin pisləşəcəyini göstərir.(publika.az)

Chosen
4
2
olke.az

9Sources