Günəşdə tac dəliyi böyüməyə başlayıb.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyası Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.
Bildirilib ki, bir neçə gündür Günəşin Yer kürəsinə baxan tərəfində tac dəliyi böyüyür.
Xüsusilə, son 24 saatda dəlik çox sürətlə - sutka ərzində təxminən 50 faiz böyüyüb.