AZ

Günəşdəki "ləkə"lər yoxa çıxıb - FOTO

Günəşin Yerə baxan tərəfində olan ləkələr demək olar ki, tamamilə yox olub. Bu, partlamaların sayının azaldığını və ya onların tam şəkildə mövcud olmamasını göstərir.
Avtosfer.az "İqtisadiyyat.az"a istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun (RAN.İKİ) Günəş Astronomiyası Laboratoriyasının mətbuat xidməti məlumat yayıb. "Son günlərin ən diqqətçəkən xüsusiyyəti Günəşin Yerə baxan tərəfində ləkələrin demək olar ki, tamamilə yox olmasıdır. Göründüyü kimi, eyni şey indi qarşı tərəfdə də baş verir", - məlumatda qeyd edilib. Mütəxəssislərin fikrincə, ləkələr əslində mövcuddur, lakin onlar o qədər azalıb ki, hətta səthin yoxlanılması zamanı çəkilən yüksək dəqiqlikli kosmik şəkillərdə belə onları tapmaq mümkün deyil. Məlumatda o da bildirilib ki, günəş enerjisinin sürətli artımını gözləməyə əsas yoxdur.

Günəşdəki

Seçilən
2
2
avtosfer.az

9Mənbələr