Qəzzanın ən böyük yaşayış məntəqələrindən biri olan Zeytun məhəlləsində İsrailin altı günlük hücumları zamanı 400 ev dağılıb.Metbuat.az xəbər verir ki, bu barədə Avro-Aralıq dənizi İnsan Haqları Monitoru (Euro-Med) məlumat yayıb.
Qeyd edilib ki, məhəllədə 90 mindən çox insan hücumlar səbəbindən evlərini tərk etmək məcburiyyətində qalıb.