AZ

Qəzzada humanitar böhran dərinləşir

BAKI, TurkicWorld, Nərmin Ağayeva

İsrail ordusunun Qəzza zolağına endirdiyi zərbələr nəticəsində 25 fələstinli həlak olub.

TurkicWorld xəbər verir ki, səhər saatlarından başlayaraq həyata keçirilən hücumlarda yeddisi eyni ailənin üzvü olmaqla 25 fələstinli şəhid olub. Tibbi mənbələr və şahidlərin məlumatına görə, İsrail ordusu Qəzza zolağında köçkünlərin çadırlarını, mülki əhalinin evlərini və yardım axtaranların toplandığı yerləri hədəfə alıb.

Hücumların detalları belədir: Netzarim dəhlizi ətrafında yardım istəyənlərə atəş açılması nəticəsində 5 nəfər həlak olub; Zeytun məhəlləsində Əbu Duf ailəsinin evinə endirilən zərbə nəticəsində 12 fələstinli həyatını itirib; Tel əl-Hava məhəlləsindəki çadırlara hücum zamanı beşi uşaq olmaqla, Əbu Hanidek ailəsinin 7 üzvü həlak olub. Bundan əlavə, Rəfah və Xan Yunis şəhərlərini ayıran Moraq bölgəsinə edilən hücum nəticəsində bir nəfər də həyatını itirib.

Qeyd edək ki, hücumlar nəticəsində çoxlu sayda insan yaralanıb və Qəzza zolağında humanitar vəziyyət gərgin olaraq qalır.

Seçilən
12
turkic.world

1Mənbələr