EN

Zelenskiyə dedim ki, Trampla görüşdə özünü belə apar Merz

ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

“Volodimir Zelenskiyə sabah Tramp ilə görüşdə qalmaqalın təkrarlanmasından qaçmaq üçün özünü necə aparmalı olduğunu izah edərək, bir neçə tövsiyə verdim”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri Almaniyanın kansleri Fridrix Merz deyib.

Kansler həmçinin vurğulayıb ki, Alyaskada keçirilən Rusiya–ABŞ sammitinin nəticələrini “könüllülər koalisiyası” ilə müzakirə etmək niyyətindədir.

Xatırladaq ki, fevralın 28-də Oval kabinetdə Zelenski ilə Tramp arasında baş tutan görüş mübahisə ilə yekunlaşmış, bundan sonra Ukrayna lideri Ağ Evi vaxtından əvvəl tərk etmişdi.

Safura Bənnayeva

Globalinfo.az 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
63
50
globalinfo.az

10Sources