EN

Zelenski Putinin Donetsk bölgəsinin verilməsi tələbini rədd edib


Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ prezidenti Donald Trampla telefon danışığında Rusiya Prezidenti Vladimir Putinin digər cəbhə xətlərinin dondurulması müqabilində bütün Donetsk bölgəsinin verilməsi tələbini rədd edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Ukrayna və ABŞ prezidentləri arasında söhbət saat yarım davam edib, Avropa və NATO liderləri də onlara qoşulub.
Qeyd edək ki, Donald Tramp və Volodimir Zelenskinin bazar ertəsi Vaşinqtonda görüşü planlaşdırılır.
Nəşr yazır ki, Avropa liderləri də Tramp və Zelenski arasındakı danışıqlarda iştirak etmək üçün dəvət olunublar.
Chosen
65
50
yeniavaz.com

10Sources