EN

Şəkidə minik avtomobili evakuatorla toqquşdu: Ölən var

Şəkidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 
Hadisə avqustun 17-də, gecə saat 1 radələrində Şəki-Qax avtomobil yolunun 24-cü kilometrliyində qeydə alınıb.
 
Hadisə zamanı VAZ-21723 markalı minik avtomobili ilə evakuator toqquşub.
 
Hadisə nəticəsində minik maşınının sürücüsü, 1981-ci il təvəllüdlü Natiq Calalov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
 
Faktla bağlı cinayət işi başlanılıb.
 
(Oxu.az)
Chosen
44
50
moderator.az

10Sources