EN

Şəkidə minik avtomobili evakuatorla toqquşdu: Ölən var

Ajans.az xəbər verir ki, hadisə avqustun 17-də, gecə saat 1 radələrində Şəki-Qax avtomobil yolunun 24-cü kilometrliyində qeydə alınıb. Hadisə zamanı VAZ-21723 markalı minik avtomobili ilə evakuator toqquşub. Hadisə nəticəsində minik maşınının sürücüsü, 1981-ci il təvəllüdlü Natiq Calalov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan Oxu.Az-a bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb. \ oxu.az

Chosen
65
50
Ajans.az

10Sources