EN

Almaniyada Superkubokunun sahibi bəlli oldu

“Bavariya” Almaniya Superkubokunun sahibi olub.

Publika.az xəbər verir ki, Vensan Kompaninin komandası “Ştutqart”ı 2:1 hesabı ilə məğlub edib.Münhen klubu bu titulu sonuncu dəfə 2022-ci ildə əldə etmişdi. 2023-cü ildə “Leyptsiq”ə 0:3 hesabı ilə uduzmuş, 2024-cü ildə isə ümumiyyətlə Superkubok oyununda iştirak etməmişdi.

Ümumilikdə, “Bavariya”nın Superkubokda11 qələbəsi var. Bu, ölkə üzrə rekord göstəricidir. Həmçinin, komanda 7 dəfə Superkubokda məğlub olub. Hər iki göstəricidə ikinci yerdə Dortmund “Borussiya”sı qərarlaşıb (6 qələbə və 6 məğlubiyyət).

Chosen
62
15
publika.az

10Sources