AZ

Keyn “Bavariya” ilə ikinci titulunu qazandı

“Bavariya”nın hücumçusu Harri Keyn Almaniya Superkubokunda “Ştutqart” üzərində qazanılan qələbədən (2:1) sonra fikirlərini bölüşüb. 

90deqiqe.Az xəbər verir ki, futbolçu bu barədə şəxsi sosial şəbəkə hesabında yazıb.

“Mövsümün ilki. Çox gözəl hissdir. Səfərdə oynamaq asan deyildi, amma komanda yoldaşlarım əla mübarizə apardı, oyunu artırdıq və yolumuza davam edirik. Növbəti qarşılaşmanı səbirsizliklə gözləyirik”

Xatırladaq ki, İngilis forvard görüşün 18-ci dəqiqəsində hesabı açmışdı.

Qeyd edək ki, bu, Keynin peşəkar karyerasında ikinci böyük tituldur. O, ötən mövsüm “Bavariya” ilə Almaniya çempionu olmuşdu.

Seçilən
74
6
90deqiqe.az

10Mənbələr