EN

“Neftçi” yeni mövsümə xal itkisi ilə başladı

Azərbaycan Premyer Liqasında ilk turun daha bir oyunu baş tutub.

90deqiqe.Az xəbər verir ki, günün ikinci matçında “Neftçi” öz meydanında “Şamaxı” ilə üz-üzə gəlib.

“Neftçi Arena”da keçirilən görüş 1:1 hesabı ilə başa çatıb. Qonaqların heyətində 23-cü dəqiqədə Karim Rossi fərqlənib. Meydan sahibləri isə 45+2-ci dəqiqədə penaltidən Emin Mahmudovun qoluyla hesabı bərabərləşdirib.

Qeyd edək ki, günün ilk matçında “Turan-Tovuz” “İmişli”ni 1:0 hesabı ilə məğlub edib. Ötən gün keçirilmiş açılış oyununda “Karvan-Yevlax” və “Qəbələ” komandaları da 1:1 hesabı ilə bərabərə qalıblar.

Turun digər qarşılaşmaları 17 və 19 avqust tarixlərində keçiriləcək. “Sabah” – “Qarabağ” görüşü isə təxirə salınıb.

Chosen
113
41
90deqiqe.az

10Sources