EN

Alyaskada hoteldə Putin və Trampın görüşünə dair gizli sənədlər tapıldı

ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Alyaskanın Ankoric şəhərindəki hotelin biznes mərkəzində ABŞ Prezidenti Donald Trampla rusiyalı həmkarı Vladimir Putinin görüşünə dair məxfi təfərrüatı əks etdirən sənədlər tapılıb.

Oxu.Az xəbər verir ki, bu barədə NPR məlumat yayıb.

Qeyd olunur ki, səkkiz səhifəlik sənəd ABŞ dövlət işçiləri tərəfindən çap edilib və təsadüfən printerdə qalıb. Sənədlərdə sammitin dəqiq yeri, vaxtı və ABŞ administrasiyasının əməkdaşlarının telefon nömrələri olub.

Məlumata görə, Tramp Putinə mərasim hədiyyəsi təqdim etməyə hazırlaşıb. Bundan əlavə, siyasətçilər bir saat ərzində mətbuat konfransı keçirməli və birgə naharda iştirak etməli idilər.

Xatırladaq ki, avqustun 15-də Rusiya və ABŞ Prezidentləri Vladimir Putin və Donald Tramp Alyaskada görüşüblər. Elmendorf-Riçardson hərbi bazasında nazirlərin iştirakı ilə keçirilən danışıqlar 2 saat 45 dəqiqə davam edib. Əsas mövzu Ukrayna münaqişəsinin həlli olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
43
50
oxu.az

10Sources