Misli Premyer Liqasında 2025/26 mövsümünün ilk turunda çempionatın debütantı “İmişli” Şamaxıda “Turan Tovuz”u qəbul edib.
“İki sahil”in məlumatına görə, yarışda yeganə qol 90+9-cu dəqiqədə vurulub. Roberto Olabe “Turan Tovuz”a qələbə qazandıran qolun müəllifi olub.
Misli Premyer Liqası
1-ci dövrə, 1-ci tur
16 avqust (şənbə)
17:00. “İmişli” 0-1 “Turan Tovuz”
Qol: Roberto Olabe, 90+9
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Cavid Cəlilov
VAR: Tural Qurbanov
AVAR: Eyyub İbrahimov
Şamaxı şəhər stadionu