EN

Premyer Liqa: "İmişli" - "Turan Tovuz" oyununda qalib müəyyənləşməyib

Misli Premyer Liqasının I turunda daha bir oyun keçirilib.

“Report”un məlumatına görə, günün ilk matçında “Turan Tovuz” “İmişli”nin qonağı olub.

Şamaxı şəhər stadionundakı qarşılaşma qolsuz yekunlaşıb.

Qeyd edək ki, ötən gün "Karvan-Yevlax" və "Qəbələ" komandaları arasında keçirilmiş açılış oyununda qalib müəyyənləşməyib - 1:1. Turun digər qarşılaşmaları 17 və 19 avqustda keçiriləcək. "Sabah" - "Qarabağ" görüşü isə təxirə salınıb.

Chosen
15
33
report.az

10Sources