Misli Premyer Liqasının I turunda daha bir oyun keçirilib.
“Report”un məlumatına görə, günün ilk matçında “Turan Tovuz” “İmişli”nin qonağı olub.
Şamaxı şəhər stadionundakı qarşılaşma qolsuz yekunlaşıb.
Qeyd edək ki, ötən gün "Karvan-Yevlax" və "Qəbələ" komandaları arasında keçirilmiş açılış oyununda qalib müəyyənləşməyib - 1:1. Turun digər qarşılaşmaları 17 və 19 avqustda keçiriləcək. "Sabah" - "Qarabağ" görüşü isə təxirə salınıb.