AZ

Eyni ərazidə eyni anda 50 avtomobildə nasazlıq yarandı - FOTO

Belə qəribə hadisə Fransanın cənubunda, istirahət mərkəzinə aparan yolda baş verib. 

Avtosfer.az xəbər verir ki, bir neçə yüz metrlik ərazidə qısa vaxtda 50-dən çox minik avtomobilində nasazlıq baş verib. Səbəblər barədə sürücülər çox danışsalara da, ustalar konkret problemi göstəriblər.

Məlum olub ki, elektrik verilişi dayandığı üçün məşhur tuneldə hərəkət bir yolla, növbəlilik üzrə aparılıb. Yoxuşda sürücülər mexaniki ötürmədən düzgün istifadə etmədikləri üçün friksion üzlüklər (danışıda feredo) və tormoz qəlibləri yeyilərək qızıb və tüstülənib. 

Ustalar belə yoxuşlarda mexaniki sürətlər qutusu olan avtomobillə addım-addım irəlləməməyi, həmçinin ayağı muftada uzun müddət saxlamamağı tövsiyə edirlər. Nəzərə almaq lazımdır ki, avtomobillərin çoxu yarımqoşqu ilə hərəkət edib. 

Bu hadisə bir daha göstərdi ki, Avropanın ikinci iqtisadiyyatına malik ölkəsində əhali hələ də mexaniki transmissiyalı nəqliyyat vasitələrindən geniş istifadə edir.

Vüqar Yaşaroğlu

Seçilən
82
50
avtosfer.az

10Mənbələr