Polşa çempionatının V turunda "Motor" evdə "Piast" komandasını sınağa çəkib.
Offsideplus.az xəbər verir ki, qarşılaşma qolsuz heç-heçə ilə yekunlaşıb. Azərbaycan milli komandasının üzvü Renat Dadaşov meydana 63-cü dəqiqədə daxil olub. O, 88-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.
Xatırladaq ki, 5 xalı olan "Motor" turnir cədvəlində 12-ci yerdə qərarlaşıb.
Polşa Ekstraklasası, V tur
"Motor" - "Piast" 0:0