EN

Ukrayna Trampla razılaşmadı

BAKI, 16 avqust. TELEQRAF

Rusiya ilə danışıqlar yalnız atəşkəs əldə edildikdən sonra davam etdirilməlidir.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezident Administrasiyasının müşaviri Sergey Leşenko bildirib.

O qeyd edib ki, Kiyevin mövqeyi aydındır: "Əvvəlcə atəşkəs, sonra digər məsələlərin müzakirəsi".

Sergey Leşenko deyib ki, atəşkəs olmadan aparılan danışıqlar Ukrayna üçün ciddi şantaj riskləri yaradır, lakin atəşkəs əldə olunacağı təqdirdə diplomatik imkanlar açılır.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa liderləri ilə söhbətində atəşkəsdən daha çox sürətli sülh sazişinin imzalanmasını üstün tutduğunu bildirmişdi.

Chosen
28
4
teleqraf.com

10Sources