EN

Qırğızıstanda alpinistləri xilas etməyə yollanan helikopter sərt eniş edib - Xəsarət alanlar var

Bakı. Trend:

Qırğızıstan Müdafiə Nazirliyinin helikopteri Çinlə sərhəddəyerləşən Qələbə zirvəsi yaxınlığında sərt eniş edib.

TrendQırğızıstan KİV-ə istinadən xəbər verir ki, hadisə vaxtıhelikopterdə 10 nəfər olub.

İnsident nəticəsində ekipaj komandiri və özəl turizm şirkətininbir xilasedicisi xəsarət alıblar.

İlkin məlumatlara görə, zərərçəkənlərin müxtəlif sınıqxəsarətləri var, lakin vəziyyətləri stabildir.

Qırğızıstan Müdafiə Nazirliyindən bildirilib ki, "Mi-8"helikopterinin ekipajı köməksiz vəziyyətdə qalan alpinistləritəxliyə etmək məqsədilə dağ silsiləsi istiqamətinə hərəkətedib.

"Hündürlük və çətin hava vəziyyəti ilə əlaqədar helikopter sərteniş edib. Helikopterin göyərtəsində təxliyə işlərinə cəlb olunmuşekipaj üzvləri və dağ xilasediciləri olub, onlar hamısı sağdır", -nazirliyin məlumatında qeyd olunur.

Chosen
18
50
az.trend.az

10Sources