AZ

“Həddinizi bilin!” – Azərbaycanlı deputatdan sərt açıqlama...

"Luqovoy və Boroday kimi rus deputatların qəfildən "dil açması” və Azərbaycana  qarşı hədyanlar yağdırması ondan xəbər verir ki, bunlar konkret tapşırıq icra edirlər və düymələri də eyni yerdən basılıb” –  Bu fikirləri "7News.az”a Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib. 
"Hədə dalınca hədə. Yalan dalınca yalan. Ay, Böyük Britaniya elə getdi, filankəs belə gəldi. Suyu kəsəcəyik, qapını bağlayacayıq, sair, ilaxır.
Kimsiz axı siz? Niyə ortalığa düşmüsüz? Niyə özünüzə əl qatmısız?
Hələ utanmırlar, Yekaterinqburq məsələsini qabardırlar və arsız-arsız xatırladırlar ki, guya bunlar hüququn dili ilə danışıblar, qanuna əməl ebiblər. Yalansa...
Gecənin bir vaxtı adam döyüb - öldürmək nə vaxtdan hüquq dili olub? Cinayət törətməyən birinin üzərinə 50 nəfərlə gəlmək, sürdüyü maşının şüşələrini çilik-çilik etmək, onu övladının yanında söymək, vurmaq, təhqir etmək nə vaxtdan qanuna riayət eləmək olub? Etnik qarşıdurmanı, xaosu, dərəbəyliyi, anarxizmi təşviq etmək nə vaxtdan haqq işi, ədalət meyarı olub?
O boyda təyyarə vuruldu, qımınız belə qımıldamadı, səsiniz belə çıxmadı, biriniz belə Dumanın deputatı kimi məsələ qaldırmadınız, aidiyyatlı qurumlara sorğu göndərmədiniz ki, Azərbaycana qarşı edilən bu hərəkətin, cinayətin, vəhşiliyin səbəbi, məramı, adı nə idi?
Amma indi diliniz bir metr çıxır. Nə var- nə var, əmr gəlib, tapşırıq gəlib, tezis gəlib.
Odur ki...Luqovoy, Boroday və onlara bənzəyənlər!
Yekə-yekə, boğazdan yuxarı danışmaq əvəzinə, gedib öz elədiklərinizə baxın, öz əməllərinizdən utanın, öz cinayətlərinizin hesabını verin!
Azərbaycan haqda fikir bildirəndə də son dərəcə diqqətli olun və həddinizi bilin!” 

Seçilən
38
50
7news.az

10Mənbələr