Tribuna saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Tibb Universitetində “Tibb” ixtisasının illik təhsil haqqı 2000 manat artırılıb. Yəni 6500 manat olub. Səmimiyyətimə inanın Gərayın, Teymurun, Vüqarın əziz canı üçün (mən humanist adamam, onların ölmüşünə demirəm) indiki keyfiyyətdə olan tibb təhsilinin haqqı 1000 manatdan çox ola bilməz…
Tribunainfo.az xəbər verir ki, bu fikirlərlə keçmiş deputat, təhsil eksperti Etibar Əliyev çıxış edib. O bildirib ki, bu addım kasıb istedadlı gənclərə qənim kəsilməkdir:
“Onları təhsil hüququndan məhrum etmək və banklara təslim etməkdir.
Əkələr, gedin klinikalardan gələn milyonlardan müəllimə əmək haqqı verin. Kasıbı borca salmayın…”.
Nigar İxtiyarqızı
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.