EN

Melaniya məktubunda Putinə nə yazıb?

ABŞ Prezidenti Donald Tramp Alyaskada rusiyalı həmkarı Vladimir Putinlə görüşü zamanı ölkənin birinci xanımı Melaniya Trampın məktubunu ona təqdim edib.

News24.az Report-a istinadən xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Nəşrin məlumatına görə, ABŞ-nin birinci xanımı məktubda Ukrayna və Rusiyadakı uşaqların vəziyyəti ilə bağlı mövzuya toxunub.

"Məktubun məzmununu açıqlamayan rəsmilər orada yalnız Ukraynada müharibə nəticəsində uşaqların oğurlanmasından bəhs edildiyini bildiriblər", - agentlik yazır.

Qeyd edək ki, Melaniya Tramp həyat yoldaşını Ankoricə səfəri zamanı müşayiət etməyib.


Chosen
104
50
news24.az

10Sources