EN

“Barselona” Jül Kunde ilə müqaviləni yenilədi

“Barselona” fransalı cinah müdafiəçisi Jül Kunde ilə yeni müqavilə imzalayıb.

90deqiqe.Az xəbər verir ki,  bu barədə Kataloniya klubu rəsmi sosial şəbəkə hesablarında məlumat yayıb.

26 yaşlı futbolçu İspaniya təmsilçisində daha beş il qalacaq. Ötən mövsümdə Kunde bütün turnirlərdə 53 matça çıxıb, 4 qol vurub və 8 məhsuldar ötürmə edib. Transfermarkt portalı onun bazar dəyərini 65 milyon avro olaraq qiymətləndirir.

Qeyd edək ki, “Barselona” avqustun 16-da yeni mövsümün La Liqa oyunlarına start verəcək. Komanda ilk turda səfərdə “Mallorka” ilə qarşılaşacaq.

Chosen
47
42
90deqiqe.az

10Sources