Ankoricdə ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putinin görüşü ərəfəsində təhlükəsizlik tədbirləri gücləndirilib.
Bizim.Media xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ sammitin mühafizəsi üçün qarşılıqlılıq prinsipi əsasında plan hazırlayır.
Bu plana görə, Vladimir Putinin təhlükəsizliyinə yalnız Rusiya xüsusi xidmət orqanları cavabdeh olacaq, Donald Trampın mühafizəsini isə ABŞ xüsusi xidmətləri təmin edəcək və ümumi xarici nəzarəti həyata keçirəcək.
Qeyd edək ki, bu gün Bakı vaxtı ilə saat 23.00-da ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında görüş baş tutacaq. Görüşdə əsas müzakirə mövzusu Ukrayna münaqişəsi olacaq.
Bizim.Media