AZ

Tramp-Putin görüşündə onlar da iştirak edəcək – Nümayəndə heyətlərinin TƏRKİBİ

Xəbər verdiyimiz kimi, ABŞ prezidenti Donald Tramp Alyaskaya yola düşüb. O, bir neçə saatdan sonra Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.

Bizim.Media xəbər verir ki, Ağ Ev görüşdə iştirak edəcək ABŞ nümayəndə heyətinin tərkibini açıqlayıb.

Məlumata görə, Ankoricdə iki liderin görüşündə ABŞ tərəfini dövlət katibi Marko Rubio, ticarət naziri Hovard Lyutnik, maliyyə naziri Skott Bessent və Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Rətklif təmsil edəcək.
 

Rusiya nümayəndə heyətinə isə prezidentin köməkçisi Yuri Uşakov, xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Andrey Belousov, maliyyə naziri Anton Siluanov və prezidentin xüsusi nümayəndəsi Kirill Dmitriyev daxildir.


Qeyd edək ki, görüşün Bakı vaxtı ilə saat 23:00-da başlaması gözlənilir.

Bizim.Media

Seçilən
11
7
bizim.media

7Mənbələr