ABŞ-ın Alyaska ştatının Ankoric şəhərində etiraz aksiyaları keçirilir.
Bizim.Media Ukrayna KİV-ə istinadən xəbər verir ki, Ukrayna tərəfdarları ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında keçiriləcək görüşə etiraz edirlər.
Nümayişçilər “Ukrayna və Alyaska bir daha heç vaxt rusların olmayacaq” kimi şüarlar səsləndiriblər.
Qeyd edək ki, bu gün Bakı vaxtı ilə saat 23.00-da ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında görüş baş tutacaq. Görüşdə əsas müzakirə mövzusu Ukrayna münaqişəsi olacaq.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta