EN

Moped sürücüsü vurduğu piyadayla birlikdə yola yıxıldı, ardınca dava düşdü VİDEO

Avtosfer saytından alınan məlumata görə, ain.az bildirir.

Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsində baş vermiş yol qəzası avtomobilin kamerasına düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə avqustun 14-də saat 16:10 radələrində qeydə alınıb. Kadrdan da göründüyü kimi, mopedi yüksək sürətlə idarə edən sürücü dəfələrlə manevr qaydasını pozub. Belə ki, o, maşınların arasından keçərək hərəkət edib və bu vaxt yolu təyin olunmamış yerdən keçən piyadanı vurub. Nəticədə piyada və moped sürücüsü yola yıxılıb. Xoşbəxtlikdən xəsarət alan olmayıb. Görüntünü qeydə alan sürücünün sözlərinə əsasən, qəzaya səbəb olan motosikletçi daha sonra piyadaya əsəbiləşərək onunla mübahisə edib.

Nərmin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
65
38
avtosfer.az

10Sources