Türkiyədə sürücü yanan yük avtomobilini magistral yolda 8 kilometr sürüb.
AzPost bildirir ki, hadisə Samsun-Ankara avtomobil yolunda baş verib. Yerli mətbuatın məlumatına görə, sürücü Azərbaycan vətəndaşı olan Cəmaləddin Məmmədov olub. Yanğın onun başqa avtomobillə toqquşmasından sonra başlayıb. Yük maşını yana-yana 8 kilometr yol qət edərək qoruyucu tirə çırpılıb.
Sürücü xilas edilib.
Səyahət zamanı treylerdə kimyəvi maddələr və boya yanıb.