EN

Ölkədə xam neft hasilatı azalıb

BAKI, 15 avqust. TELEQRAF

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda 16 milyon 33,7 min ton xam neft (qaz kondensatı daxil olmaqla) istehsal edilib.

Dövlət Statistika Komitəsindən Teleqraf-a verilən məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 5,4 faiz azalıb.

Avqustun 1-ə olan hazır məhsul göstəricisi isə 248,7 min ton təşkil edib.

Xatırladaq ki, 2024-cü ildə ölkədə 29 milyon 63,0 min ton xam neft istehsal edilib.

Chosen
73
50
teleqraf.com

10Sources