EN

Dövlət əmlakının özəlləşdirilmə və icarəsindən büdcəyə 113 mln. manat ödənilib

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsi üzrə 26 hərrac keçirilib.

Bu barədə  Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib.

    Hərraclarda 4 səhmdar cəmiyyətin səhm paketi, 1 kiçik dövlət müəssisəsi, 500 nəqliyyat vasitəsi özəlləşdirilib.

    7 ayda özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 86 milyon manat təşkil edib.

    Hesabat dövründə Dövlət Xidməti 406-sı qeyri-yaşayış, 2.068-i torpaq sahələri üzrə olmaqla 2.474 yeni icarə müqaviləsi bağlayıb. Daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən dövlət büdcəsinə 26,9 milyon manat vəsaitin ödənilməsi təmin olunub.

    Beləliklə, yanvar-iyul aylarında dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən büdcəyə ümumilikdə 112,9 milyon manat vəsait daxil olub.

    Chosen
    21
    9
    banco.az

    10Sources