EN

Zəngəzur dəhlizi təhdid deyil, əməkdaşlıq təşəbbüsüdür

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev "Fox News” telekanalınamüsahibəsində Zəngəzur dəhlizi (TRIPP) ilə bağlı əldə edilmişrazılaşmanın heç kimə qarşı olmadığını deyib. Dövlət başçısı qeydedib ki, bu yeni bağlantı layihəsidir və beynəlxalq nəqliyyatmarşrutlarının mühüm hissələrindən biri olacaq.
Zəngəzur dəhlizinin istifadəyə verilməsi və Azərbaycan-Ermənistanarasında kommunikasiyaların bərpası həm Azərbaycan iqtisadiyyatına,həm də bütövlükdə regionda iqtisadi inkişafa müsbət təsirgöstərəcək.

Trend xəbər verir ki, bunu Milli Məclisinİqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü VüqarBayramov sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, bu, bir tərəfdən də Azərbaycanın əsas hissəsi iləNaxçıvan Muxtar Respublikası arasında quru nəqliyyatının bərpasıdeməkdir:

"Nəzərə alsaq ki, uzun müddətdir Naxçıvan blokadada yaşayırdı,quru əlaqənin bərpa edilməsi Naxçıvanda istehsal edilən məhsullarındaha qısa müddətdə və daha az xərclə Azərbaycanın əsas ərazilərinəçatdırılmasına imkan yaradacaq. Bu da təbii ki, Naxçıvanda biznesininkişafı baxımından vacibdir.

Digər tərəfdən, Zəngəzur dəhlizi həm Şimal-Cənub, həm dəŞərq-Qərb nəqliyyat dəhlizlərinə inteqrasiya olunacaq. Bu isə həmindəhliz vasitəsilə daha çox yüklərin daşınması deməkdir. Nəticədə,orta dəhlizin də genişlənməsinə imkan yaradacaq ki, bu daAzərbaycan Zəngəzur dəhlizinin istifadəyə verilməsi nəticəsindəbeynəlxalq yükdaşımalardan daha çox gəlir əldə etməsi deməkdir.Eyni zamanda, alternativ yollarla öz məhsullarını yeni bazarlaraixrac etmək imkanı qazandıracaq".

"Bu, eyni zamanda türk dünyasını birləşdirəcək quru nəqliyyatdəhlizidir. Türk dünyasının inkişafına xüsusi töhfə verəcək. Bubaxımdan, Zəngəzur dəhlizinin istifadəyə verilməsi həm Azərbaycanilə Naxçıvan Muxtar Respublikası arasında quru nəqliyyatınınbərpasına, Naxçıvanın blokadadan çıxmasına, həm də Azərbaycan daxilolmaqla bütövlükdə türk dünyasının iqtisadi inkişafına töhfəverəcək",- deyə millət vəkili əlavə edib.

Chosen
24
12
az.trend.az

10Sources