EN

Azərbaycanın UEFA reytinqindəki izləyicilərindən biri dəyişdi

ain.az bildirir, Yenisabah saytına əsaslanaraq.

Azərbaycanın UEFA reytinqindəki izləyicilərindən biri dəyişib.

Yenisabah.az xəbər verir ki, bu, avrokuboklarda III təsnifat mərhələsinin cavab oyunlarından sonra reallaşıb.

Əmsalını 18.375-ə çatdıran və hazırda qitə turnirlərində üç təmsilçisi qalan Bolqarıstan 29-cu pilləyə yüksəlib. Onlar UEFA yarışlarına buraxılmayan Rusiyanı (18.299) keçiblər. pizza sifarişi

Azərbaycan (19.250) 28-ci mövqedə qalıb. Ukrayna (19.725) isə 27-ci sıradadır.

Bu həftə "Qarabağ" Çempionlar Liqasında, Bakıda Şimali Makedoniyanın "Şkendiya" kollektivini 5:1 (ilk oyun - 1:0) hesabı ilə üstələyib. Ölkə çempionu pley-offda Macarıstanın "Ferentsvaroş" klubuna rəqib olub.

"Sabah" və "Araz-Naxçıvan" isə UEFA Konfrans Liqasında mübarizəni dayandırıb. Bakı təmsilçisi evdə Bolqarıstanın "Levski" (Sofiya) komandasına 0:2 (ilk oyun - 0:1), Naxçıvan klubu Kiprdə "Omoniya"ya 0:5 (ilk oyun - 0:4) hesabı ilə yenilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
25
14
yenisabah.az

10Sources