Azərbaycanın UEFA reytinqindəki izləyicilərindən biri dəyişib.
Yenisabah.az xəbər verir ki, bu, avrokuboklarda III təsnifat mərhələsinin cavab oyunlarından sonra reallaşıb.
Əmsalını 18.375-ə çatdıran və hazırda qitə turnirlərində üç təmsilçisi qalan Bolqarıstan 29-cu pilləyə yüksəlib. Onlar UEFA yarışlarına buraxılmayan Rusiyanı (18.299) keçiblər. Dominos pizza
Azərbaycan (19.250) 28-ci mövqedə qalıb. Ukrayna (19.725) isə 27-ci sıradadır.
Bu həftə "Qarabağ" Çempionlar Liqasında, Bakıda Şimali Makedoniyanın "Şkendiya" kollektivini 5:1 (ilk oyun - 1:0) hesabı ilə üstələyib. Ölkə çempionu pley-offda Macarıstanın "Ferentsvaroş" klubuna rəqib olub.
"Sabah" və "Araz-Naxçıvan" isə UEFA Konfrans Liqasında mübarizəni dayandırıb. Bakı təmsilçisi evdə Bolqarıstanın "Levski" (Sofiya) komandasına 0:2 (ilk oyun - 0:1), Naxçıvan klubu Kiprdə "Omoniya"ya 0:5 (ilk oyun - 0:4) hesabı ilə yenilib.
Telegram kanalımız