EN

Misli Premyer Liqasında yeni mövsümə start verilir

Bu gün Misli Premyer Liqasında yeni mövsümə bir oyunla start veriləcək.

Demokrat.az xəbər verir ki, ilk oyun günündə "Karvan-Yevlax" "Qəbələ" ilə üz-üzə gələcək.

Şamaxı şəhər stadionunda keçiriləcək matç saat 17:00-da başlayacaq.

Qeyd edək ki, Misli Premyer Liqasının ilk turunda daha dörd görüş keçiriləcək.

Belə ki, "İmişli" - "Turan Tovuz"u, "Neftçi" "Şamaxı"nı avqustun 16-da, "Sumqayıt" isə "Kəpəz"i avqustun 17-də qəbul edəcək. Tura avqustun 18-də keçiriləcək "Zirə" - "Araz-Naxçıvan" matçı ilə yekun vurulacaq.

Xatırladaq ki, avqustun 17-də keçiriləcək "Sabah" - "Qarabağ" matçı "köhlən atlar"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlməsi səbəbindən təxirə salınıb.

15 avqust

Misli Premyer Liqası

I tur

Chosen
36
50
demokrat.az

10Sources