Alyaskaya gələn Rusiya xüsusi reysi "İl-96" qəfildən Kamçatkaya uçub.
Publika.az xəbər verir ki, bu barədə “Military Observer” "Telegram" kanalı məlumat yayıb və məlumatı "Flightradar24" monitorinq xidməti təsdiqləyib.
"Hazırda prezidentin aviasiya eskadrilyasının təyyarəsi Petropavlovsk-Kamçatski şəhərinin hava limanındadır. Uçuşun səbəbi məlum deyil", - nəşr qeyd edir.
"Flightradar24"ün məlumatına görə, təyyarə Moskvadan Ankoric şəhərinə saat 06:41-də ( 14 avqust Moskva vaxtı ilə 17:41) çatıb. Yerli vaxtla saat 09:35-də (Moskva vaxtı ilə 00:45) Kamçatkadakı Yelizovo hava limanına enib.